Kremllə üzbəüz “Putin get!” şüarı

Rusiya müxalifəti Kremllə üzbəüz yerləşən binanın üzərində böyük “Putin get” yazılı şüarını asıblar. Şüar bir qədər sonra yığışdırılıb.
Şənbə günü Moskvada müxalifət mitinqinin keçəcəyi gözlənilir. Ötən ilin sonundakı parlament seçkilərinin nəticələri ilə bağlı Rusiya boyu genişmiqyaslı etiraz çıxışları keçib (BBC Azərbaycanca).