Dostlar, eşitsəniz ki, son hərbi əməliyyatlarda igidliklə vuruşub yaralanmış, əlil olmuş əsgər və zabitlərimiz dövlət qayğısı ilə əhatə olunmaq əvəzinə, üstəlik də şərlənərək həbs ediliblər, bu haqsızlığa susarsınız? Sualım təbii ki, ritorikdir. Hamılıqla “yox, susmarıq” deyəcəyinizi bilirəm. İndi isə real sual: bəs həmin əsgər və zabitlərin qəhrəmanlıqlarından illər keçdikdən sonra, onların fədakarlıqları unudulsa, şərlənib həbs edilsələr susarsınızmı? Əgər cavabınız “yox!”dursa, o zaman Qarabağ savaşına könüllü gedib, qazi olmuş AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin və AXCP fəalı Qadir Xudabaxşıyevin də şərlənib həbs edilməsinə susmayın. Onlara azadlıq tələb edin. Vətən üçün canından keçmiş insanlar sadəcə hökuməti tənqid etdikləri və ona suallar verdikləri üçün şərlənib həbs edilməməlidir!

Onlara azadlıq tələb edin
•