Bakıda İsrail vətəndaşının evindən külli miqdarda pul oğurlanıb

ogurluqBakıda əcnəbi ölkə vətəndaşının evindən külli miqdarda pul oğurlanıb.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. 17-ci Polis Bölməsinə müraciət edən İsrail vətəndaşı, 1962-ci il təvəllüdlü Aleksandr Şaripov bildirib ki, mənzilin pəncərəsini sındırmaq yolu ilə daxil olan şəxs və ya şəxslər 13500 manat, 10 min dollar və bahalı qol saatlarını oğurlayıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.