Bakıda maskalı şəxslər evə basqın edib

ogurluqBakıda evə basqın olub.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan 52 yaşlı Vaqif Alışovun evinə maskalı şəxslər hücum ediblər.

Basqınçılar ev sahibinin əl-qolunu bağlayaraq ondan pul tələb ediblər. Evdə pul tapa bilməyən şəxslər ev sahibini döydükdən sonra oranı tərk ediblər.

Faktla bağlı araşdırma aparılır. (report.az)