Bakıda hamilə qadını döyüb uşağını öldürdülər

doyulmeBakı sakini qohumu tərəfindən döyülməsi ilə bağlı polisə müraciət edib. Xətai rayon Tağızadə küçəsində yaşayan 1994-cü il təvəllüdlü Gülnar Salamova (ad və soyadlar şərtidir) dünən axşam saatlarında yaşadığı evdə qaynı, 1988-ci il təvəllüdlü Elton Salamov tərəfindən döyüldüyünü bildirib. 22 yaşlı qadın qeyd edib ki, döyülmə nəticəsində bətnindəki 7 həftəlik cinsiyyəti məlum olmayan döl ölüb.

Müraciət əsasında araşdırma aparılır. (lent.az)