
Fransa Senatında saxta erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi məqsədilə Konstitusiya Şurasına müraciət etmək üçün tələb olunan minimum 60 imzanın toplandığı açıqlanıb. Türkiyə mediası xəbər verir ki, artıq 72 senator müraciətə imza atıb. Müraciət Konstitusiya Şurasına təqdim edilib.


