ÇL 1/4: “Mançester Siti” və “Real” yarımfinalda

cemp liqaBu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start verilib. İlk oyun günündə daha iki qarşılaşma keçirilib. İngiltərədə “Mançester Siti” PSJ-ni qəbul edib. İlk görüşdə 2:2 hesabı qeydə alınmışdı. Təkrar oyunda Mançester təmsilçisi minimal hesabla qalib gəldi və yarımfinala vəsiqə qazandı.

Madrid “Real”ı isə doğma meydanda “Volfsburq”u qəbul edib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan “kral klubu” məğlubiyyətin əvəzini 3 topla çıxaraq yarımfinalda iştirak hüququnu qazandı.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək.