Türkiyədə PKK-çılarla atışma: 2 əsgər şəhid oldu

pkkTürkiyədə terroristlərlə atışmalarda 2 hərbçi şəhid olub. Şırnak vilayətində baş verən atışmalarda 1 əsgər hadisə yerində şəhid olub, 4 isə ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. (Lent.az)