Azərbaycanda 1.2 milyon adam kreditə zamindi

kredit1Son 1 ildə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə (MKRX) daxil olmuş sorğuların sayı 3 dəfədən çox azalıb.

AMB-nin statistikasına əsasən, bu ilin yanvar-fevral aylarında kredit tarixçəsi ilə bağlı sorğuların sayı 200 012 olub. Ötən ilin ilk 2 ayında isə MKRX-yə 649 411 sorğu göndərilib. Başqa sözlə, müraciətlərin sayı 3,3 dəfə azalıb. Kredit tarixçəsi sorğularının 148 223-ü bankların payına düşüb. Bu, 1 il əvvəllə müqayisədə 4,1 dəfə azdır. MKRX-dəki vəziyyəti ilə özü maraqlananların sayı isə 41% artaraq 51 789 olub.

Fevralın sonunda MXRX-də 2 milyon 555 min 645 borcalan haqqında məlumat olub. Bu, son 1 il üzrə 8% artın deməkdir. Borcalanlar arasında hüquqi şəxslərin sayı 4,2% artaraq 11 339, fiziki şəxslərin sayı 7,9% artaraq 2 milyon 520 min 172, sahibkarlıq subyektlərinin sayı 14,3% artaraq 24 134 olub.

Son 1 ildə zaminlərin də sayı artıb – 11,7%. Hazırda MKRX-də 1 milyon 216 min 844 zamin haqqında məlumat var. Verilmiş kreditlər haqqında məlumatların sayı isə 10 milyon 854 min 781-dir. Bu, 1 il əvvələ nisbətən 16,3% çoxdur. (Fins.az)