Qar nazirin fəaliyyətinin yarıtmaz olduğunu ortaya qoydu
Nəqliyyat naziri Ziya Məmmədov Bakıya qar yağan gün avtobusların xəttə çıxmasını qadağan edib. Eyni qadağa Nəqliyyat Nazirliyinin balansında olan taksilərə də tətbiq olunub. “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, avtobus və taksi sürücülərinə bildirilib ki, xəttə çıxacaqları təqdirdə baş verən hər hansı olaya görə özləri məsuliyyət daşıyacaqlar. Bu qadağa sürücülərin narazılığına səbəb olub. Və bu barədə “yuxarılar”a şikayət ünvanlanıb.
Məlumata görə, söhbət Prezident Administrasiyasına (PA) qədər gedib çıxıb. PA-dan məsələyə müdaxilə olunduqdan sonra avtobus və taksilərin bir qisminə işləmək icazəsi verilib.
Əslində bu fakt Ziya Məmmədovun yerində olmadığını göstərir. Bakıya o qədər güclü qar yağmayıb. Lakin buna baxmayaraq nəqliyyat təsərrüfatını üzərinə götürən Ziya Məmmədov analoqu olmayan addım atıb. Avtobus və taksilərini qorumaq üçün paytaxtı nəqliyyatsız qoymaq istəyib. Belə bir “çıxış yolu” yalnız Ziya Məmmədov kimi korrupsionerin ağlına gələ bilər.
Informasiya şöbəsi