Obama prezidentliyi dövründə ən böyük səhvini etiraf etdi

barak_obama1ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvi etiraf edib.

FOX telekanalına müsahibəsində Obama ən böyük səhvi kimi 2011-ci ildə Liviya lideri Müammar Qəddafinin devrilməsindən sonrakı dövr üçün heç bir plan qurmamasını göstərib: “Liviyaya müdaxilədən sonra daha çox şey edə bilərdik”.

Prezidentliyi dövründə əldə etdiyi ən böyük uğur kim isə Obama 2008-ci ildə ölkəsini iqtisadi böhrandan çıxarmaq olduğunu göstərib.

Prezidentliyinin ən gözəl günü isə “Obamacare” adlanan səhiyyə islahatlarını qəbul etdiyi gün olub. Dövlət başçısı ən pis gün kimi 2012-ci ildə orta məktəblərdən birində baş verən qətliamdan sonra həmin bölgəyə etdiyi səfəri göstərib. (qafqazinfo)