Federika Mogerini İrana səfər edəcək

federika mogeriniAvropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerininin başçılıq  etdiyi nümayəndə heyəti aprelin 16-da İrana səfər edəcək.

Bu səfər İranın nüvə proqramına dair Birgə Fəaliyyət Planının icrasından sonra Tehranla Brüssel arasında yeni səhifə açacaq.

Onu da bildirək ki, bu gün BMT-nin Suriya məsələri üzrə  nümayəndəsi Stefan De Mistura Tehrana səfər edəcək. O, keçirəcəyi görüşlərdə Suriyadakı sülh prosesini müzakirə edəcək.

 

(apa)