AST Telman oğlunun nişanına Tarkanı gətirdi

Azərbaycan əsilli iş adamı Telman İsmayılov yanvarın 28-də oğlu Sərxan İsmayılova Antalyada özünün 1.5 milyard dollarlıq “Mardan Palace” otelində nişan mərasimi təşkil edib.
Türkiyə mediası xəbər verir ki, hazırlığı günlərlə davam edən və detalları mətbuatdan gizlədilən nişan mərasimində dünyanın bir sıra tanınmışları iştirak edib. Mərasimdə səhnəyə Türkiyənin meqa-starı Tarkan və Amerikanın musiqi qrupu Pussycat Dollsun baş vokalisti Nicola Scherzinger çıxıb.