Siyasi məhbus uşağının fəryadı: “Atamı görmək istəyirəm”

murad-adilovgil-reportajValideynin maddi imkanına bələd olmayan uşaq ondan hansısa bir oyuncağı, şiriniyyat istəyəndə, bunu almaq qüdrətindən məhrum ata-ananın keçirdiyi hisslərin, uydurduğu yalanların ağırlığı sizə tanış olmalıdır. Başınıza da gələ bilər, şahid də ola bilərsiniz.

Bəs bir uşaq hədiyyə, şirniyyat yox, harda olduğunu bilmədiyi atasını istəsə necə, ona cavab hazırlamağın necə əzablı olması sizə tanışdırmı? Fikriniz başqa yerə getməsin, bir məhbus uşağının öz anasına, nənə-babasına “atamı görmək istəyirəm” tələbi qarşısında yaranan lal sükutu təsvir etmək istədik.

Xüsusən, bu o haldır ki, ata günahsız yerə, heç bir cinayəti eləmədiyinə görə həbsə alınıb. O sadəcə olaraq, fərqli siyasi baxışların qurbanıdır. Uşaq da elə bir yaşdadır ki, sən ona, nə siyasəti başa sala bilərsən, nə ədaləti, təbii ki nə də demokratiyanı…

Tahirə Ədilova Muradın anasıdır, o 39 ilin pedaqoqudur. Ömürünün təxminən üçdə ikisini uşaqların təlim tərbiyəsinə həsr edən bu qocaman müəllimə, nə də Muradın həyat yoldaşı gənc müəllimə Təravət Ədilova indi bax yuxarıda təsir elədiyimiz kimi 3 körpə uşağın sadə sualı qarşısıdna acizdilər.

Nə alınan təhsil, nə peqaoji təcrübə Muradın 3 balaca uşağının “atam hardadır, o niyə evimizə gəlmir” sualına cavab tapmağa bu insanlara bəs etmir.

Tahirə müəllimə deyir ki, əvvələr “atanız Rusiyaya işləməyə” gedib yalanı ilə balacaların başın müvəffəqiyyətlə aldada biliblər, ancaq “zəmanə uşaqları” indi çox fərasətlidir, bu fərasətdən Muradın da uşaqlarına pay düşüb.

Ona görə də bir gün onlar “atamız Rusiyadadırsa, niyə bizlə kompüterlə (Skayp nəzərəd tutulur) danışmır” deməklə, yalanın ömürün qısaldıblar. İndi onlara aydan bir dəfə ataları ilə türmədə görüşə bilir, amma atalarının orda olmasına hələ də başadüşülən cavab eşidə bilmirlər, ona görə də hər gün “atamız nə vaxt gəlir, niyə orda qalıb” sualları ilə anaların da, nənələrin də sakit buraxmırlar.

Murad Ədilov, AXCP Mətbuat xidmətinin rəhbəri,  müxalif “Azadlıq” qəzeti və “Azərbaycan Saatı” teleproqramının əməkdaşı Natiq Ədilovun qardaşıdır. Onu (Muradı) Azərbaycanda repressiya dalğalarının şiddətləndiyi 2014-cu ilin avqustunda yaşadığı kənddə həbs ediblər.  Murad narkoticarətdə günahlandırılır, ona 6 il həbs cəzası verilib.

Murad da AXCP üzvüdür, lakin, onun özü də, obyektiv müşahidəçilər də etiraf edir ki, bu həbsin əsas motivi qardaşın cəzalandırmaqdır, ailəyə  nifaq salmaq, geniş planda ümumən müxalifə fərdləri hətta öz doğmaları arasında izolozasiya eləməyə, hamının onlardan üz döndərməyə hesablanmış addımdır. İndi Azərbaycanda belə praktika çox təəssüf ki, tez-tez istifadə edilir.

Rəsmi ittihamın yalan olduğun hətta vicdan hissini dincə qoyan, sifarişlə işləyən prokurora, hakimə də sübut eləmək, inandırmaq olur. Bəs uşağa nə deyəsən? Yuxarıda qoyduğumuz bu sual aktual olaraq qalır.

Bir əlavəni də edək. Muradıgil kənddə nümunəvi müəllim ailəsi kimi tanınır. Onun anası və yoldaşı ilə bərabər, mərhum atası da müəllim olub, bacısı da müəllimdir, indi siyasətçi olan qardaşı da bir zamanlar Xəlfəli kəndində müəllim olaraq çalışıb. Bütün bu sadalananlar Murada və ya başqa bir müəllim ailəsindən çıxan adama əlbəttə ki, toxunulmazlıq haqqı vermir.

Fəqət, ortada bir cinayət işi olmaya-olmaya cəza olanda, o zaman körpə uşaqlar yox, bütövlükdə icma, cəmiyyət zərbə alır, təkcə dövlətin ayrı ayrı orqanlarına deyil, bütünlükdə dövlət zədələnir. Vətəndaşlarda dövlətə, ədalətə inanmsızlıq artır.

Muradın üzünə qoyulan əsas şahidlərdən biri əvvələrlər narkomaniya görə günahlandırılaraq həbs edilən və bu gün də narkoasılılığına görə dispanser qeydiyyatında olan adlı şəxsdir.

Uşaqları qoyaq bir kənara, cəmiyyət bu halı hansı formada qiymətləndirməlidir; nümunəvi, zəhmətkeş bir vətəndaş, cəmiyyətin dibinə yuvarlanmışların yalançı şahidliyi azadlıqdan məhrum edilir. Və bu hökm dövlət adından çıxarılır.

Hər kəs dövlət adından atılan bu cür qanunsuz, əzazil addıma şahidlik etdiyi cəmiyyətdə dövlətə, vətənə sevgini təbliğ eləmək, vətəndaşları bu ruhda yetişdirmək o qədər də asan deyil. Hər kəsin səhv eləmək haqqı var, nə qədər qəribə olsa da dövlətlər və onun adından çıxış edən orqanlar da səhv edə bilirlər. Muradın həbsi də səhv idi.

Aprelin 13-ün onun “işinə” Ali məhkəməd baxılacaq.  Baxaq, bu səhvi aradan qaldırmaq istiqamətində hansısa addım atılacaq, yoxsa, səhvin üstünə daha birini əlavə edib, bu gəncin zindanda haqsız yerə saxlanmasın şərtləndircəklər.

nopoliticalprisoners.org