Kabvedə 25 nəfər öldü

fransa-avtobus-qezaZambiyanın Kabve şəhərində avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb.

Sərnişin avtobusu ötmə manevri edərkən əks hərəkət zolağına çıxıb və qarşıdan sürətlə gələn mikroavtobusla toqquşub.

Məlumata görə, sürücü də daxil olmaqla avtobusda olan bütün şəxslər hadisə yerində ölüb.

Ölənlərdən dördünün uşaq olduğu bildirilir. (APA)