Hakimiyyətin aprelin 9-da AXCP sədri Əli Kərimlinin evinin qarşısında “etiraz aksiyası” təşkil etməsi, cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən etirazla qarşılanıb. Belə həssas məqamda müxalifət liderinə qarşı təxribat, sosial şəbəkə istifadəçləri tərəfindən də sərt tənqid edilib və Əli Kərimliyə dəstək ifadə olunub.
Həmçinin AXCP liderinə qarşı təxribata cavab olaraq bir qrup cəbhəçi gənc də onun evi önündə toplaşıb, dəstəklərini ifadə ediblər.