Hərbi komissarlığın binası yandırılıb?

Binəqədidəki yanğının təsadüf olmadığı iddia olunur

Binəqədi rayon Hərbi Komissarlığının binasında yanğın baş verib. Hadisə yanvarın 29-na təsadüf edib. Bu barədə “Azadlıq”a Binəqədi sakinləri məlumat verib. Onların sözlərinə görə, yanğın zamanı binada heç kim olmayıb.
Sakinlər deyir ki, binanın bir hissəsi tamam yanıb. Binəqədi rayon Polis Idarəsi də məlumatı təsdiqləyib. Polisin məlumatında deyilir ki, yanğın zamanı xeyli sənəd kül olub. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıb. Hələlik yanğının səbəbləri bəlli deyil. Faktla bağlı müvafiq qurumlarda araşdırma aparılır.
Lakin bəzi məlumatlara görə, bina yandırılıb. Buna səbəb kimi hərbi komissarlıqdakı qanunsuzluqlar göstərilir. Xatırladaq ki, hələ ötən il qurumda yoxlamalara başlınılmışdı və o zamankı hərbi komissar Feyzi Ağabəyov həbs edilmişdi.

Informasiya şöbəsi