Rusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ müzakirələri

peskovRusiya Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli və bu istiqamətdə Rusiyanın atdığı addımlar müzakirə olunub.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Erməni-Azərbaycan münaqişəsinin həlli mövzusu bu günlər Rusiya tərəfinin göstərdiyi səylər kontekstində müzakirə olunub”, – deyə o, söyləyib.

Məsələ Rusiya və Qazaxıstan prezidentlərinin telefon danışığında da müzakirə olunub. V. Putin Rusiyanın addımları barədə Nursultan Nazarbayevi məlumatlandırıb. (APA)