Daha 2 bank bağlandı – RUSİYADA

bank1Rusiya Mərkəzi Bankı (RMB) ölkədəki 2 kommersiya bankının lisenziyasını geri çağırıb. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, bunlar baş ofisi paytaxt Mokvada olan “Soveren Bank” və Samarada fəaliyyət göstərən “Fiabank”dır. RMB öz qərarını həmin bankların riskli kredit siyasəti yürütməsi, keyfiyyəti aşağı olan aktivlərə pul qoyması, cinayət yolu ilə əldə edilmiş pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsin qarşı lazımi səviyyətə nəzarət etməmələri ilə izah edib. Xatırladaq ki, aktivlərinin həcminə görə, “Soveren Bank” Rusiyada 485-ci, “Fiabank” isə 175-cidir.