“Ödəyicilərin 99%-ində vergidən yayınma aşkarlanır”

vergiler-nazirliyi“Azərbaycanda yoxlama aparılan vergi ödəyicilərinin 99%-ində vergidən yayınma faktı aşkarlanır”.

Marja”nın məlumatına görə, bu sözləri vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

“Azərbaycanda vergi mədəniyyəti hələ də istənilən səviyyədə deyil. Dünyanın heç bir inkişaf etmiş ölkəsində mümkün deyil ki, vergi orqanın əməkdaşına böhtan atsınlar, onun fəaliyyətinə maneəçilik törətsinlər,  yaxud da, vergini ödəmək istəməsinlər. Amma bizdə yoxlamalar aparırıq, yoxlama aparılan vergi ödəyicilərinin 99%-ində vergidən yayınma aşkarlanır. Hər birində vergidən yayınma aşkarlanır”,-  o deyib.

Sahib Ələkbərov qeyd edib ki, neft sektorunda mühasibatlıq işi düzgün qurulduğundan vergilərin toplanmasında çətinlik yoxdur. Ticarət, xidmət və tikinti sahəsində isə vergidən yayınma halları yüksəkdir.