Elmar Məmmədyarov Moskvaya gedir

elmar-memmedyarov-yeniAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Rusiyaya yola düşəcək.

XİN-in mətbuat xidmətindən Modern.aza verilən məlumata görə, iclasda MDB çərçivəsində Xarici İşlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.