Yanvarın 28-də Bakıda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan mağazanın yanar konstruksiyaları 60 kvadrat metr sahədə və dam örtüyünün yanar konstruksiyaları isə 40 kvadrat metr sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 07:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


