ABŞ-ın Türkiyədəki səfiri PKK-nı tərksilah olmağa çağırdı

ABS Turkiye sefirTerrorçu PKK qruplaşmasını tərksilah olub, hücumları dayandırmağa çağırırıq.

Bunu ABŞ-ın Türkiyədəki səfiri Con Baas bildirib.

“Terrora qarşı mübarizə Türkiyə hökumətinin haqqıdır. Bununla belə mülki əhalinin həyatını itirməsinin qarşısı alınmalıdır. ABŞ PYD-yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – red.) silah vermir. Türkiyənin PYD ilə bağlı narahatlığına həssaslıqla yanaşırıq”, – deyə səfir vurğulayıb.

 

(report)