Aprelin 5-də tərəflər arasında atəşkəs razılığı əldə edilsə də, ermənilər mövqelərimizi vurmağa davam edir. Aprelin 7-də Bərdəyə daha bir şəhid gətirilib. Rayondakı mənbələrdən azadliq.info-ya verilən məlumata görə, 1990-cı ilə təvəllüdlü baş çavuş Musayev Səbuhi Rafayıl oğlu aprelin 6-da Goranboy rayon Tapqaraqoyunlu kəndi ərazisində şəhid olub. Şəhid doğulduğu Mustafaağalı kəndində dəfn olunur.