44 yaşlı kişi meşədə özünü asıb

olum-intiharQəbələ rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Tola kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev kənd ərazisindəki meşə zolağında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.