Minlərlə təbrizli azarkeş “Qarabağ bizimdir!” şüarı səsləndirdi VİDEO

iranmitinqSon günlər Azərbaycanla Ermənistan arasında yaşanan olaylarla bağlı ordumuza daha bir dəstək Cənubi Azərbaycanın paytaxtı Təbrizdən gəlib.

Asiya Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən “Traktor Sazi” – “Paxtakor” oyununda təbrizli azarkeşlər dəstək nümayiş etdiriblər.

Onlar matçın gedişi zamanı “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, eybi yoxdu ölərəm mən, sən yaşa Azərbaycan!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar səsləndiriblər.

Maraqlıdır ki, onların əllərində o məzmunda və təkcə Azərbaycan dilində yox, həm də fars və ingilis dillərində yazılmış plakatlar da olub.

Qeyd edək ki, 34 min azarkeşin meydandan izlədiyi “Traktor Sazi” – “Paxtakor” oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb..

(virtualaz)