Təcili tibbi yardım özünü yetirənə qədər Ilyas Tapdıqın huşunu itirən xanımı Münəvvər Tapdıqlı dünyasını dəyişib
Tanınmış şair Ilyas Tapdıqın şairə xanımı Münəvvər Tapdıqlı dünyasını dəyişib. Əldə etdiyimiz məlumatlara görə, dünən Yazıçılar Birliyinin “Natəvan” klubunda təşkil olunan ədəbi məclislərin birində iştirak edən Münəvvər Tapdıqlının qəfildən halı pisləşib və o, huşunu itirib. Dərhal təcili tibbi yardım çağırılıb. Lakin təcili tibbi yardım 30-40 dəqiqədən sonra gəlib. Bu müddət ərzində isə Münəvvər Tapdıqlı artıq dünyasını dəyişib.