Atəşkəsi Moskvada Nəcməddin Sadıqovla Yuri Xaçaturov razılaşdırıb

MNAzərbaycan və Ermənistan arasında Qarabağda hərbi əməliyyatların dayandrılmasına dair razılaşma silahlı qüvvələrin Baş qərargah rəisləri arasında aprelin 5-də Moskvada keçirilmiş danışıqlarda əldə olunub.

Bu bəyanatla Ermənistan müdafiə naziri Seyran Ohanyan hökumətin az əvvəl başlayan iclasında bildirib.

Ohanyan deyib ki, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Baş qərargah rəisləri aprelin 5-də Moskvada Rusiya tərəfinin vasitəçiliyi ilə görüşüblər.

Xəbər verildiyi kimi hərbi əməliyyatların dayandırılmasına dair razılaşma dünən saat 12-dən qüvvəyə minib. Bu razılaşma barədə ilk dəfə erməni tərəfi, Qarabağdakı rejimin “müdafiə nazirliyi” məlumat yayıb. Razılaşmanın detalları hələlik açıqlanmır.

 

(virtualaz)