Rusiyanın NTV kanalı rus müxalifətinin siması, bloqqer Aleksandr Navalnının şəxsi bloquna yerləşdirdiyi video roliki “Youtube”dan sildirib. Videonun silinməsinə səbəb kimi videoda NTV-in reprtajından iki-üç saniyəlik kadrın olması göstərilir. NTV müəllif hüquqlarının pozulduğunu iddia edir.
Hadisə Putin əleyhdarlarını və Navalnını qəzəbləndirib. Video daha da populyarlaşıb və digər resurslardan yüklənməyə başlanılıb. Bloqqerin fikrinə görə “NTV antiputin roliklərini silmək üçün əl-ayağa düşüb.” Video Putin rejimini, seçkidə səslərin oğurlanmasını kəskin tənqid edirdi. Navalnı öz tərəfdararına çağırış edib: “Hərkəsi bu videonu yükləməyə, öz hesablarında yerləşdirməyə çağırıram. Cib telefonlarınıza yükləyin. Lokal şəbəkələrdə yayın.”
Xatırladaq ki, keçən həftə NTV Navalni və digər müxalifət nümayəndələrinin isti ölkələrdə necə istirahət etdiyi haqda reportaj hazırlamışdı. Reportajda “Vahid Rusiya” partiyasının məmurlarının istirahəti barədə bircə kadr belə getməmişdi.


