«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Əgər kimsə sizinlə mübahisə edir və ya xahişlərinizi yerinə yetirməkdən imtina edirsə, siz bunu dəhşətli təəccüblə qarşılayırsınız. Bu gün maliyyə və əmlak məsələlərini müzakirə etmək arzuolunmazdır, sadəcə, sənədlərin hazırlanması ilə məşğul olun.
BUĞA
Qonşu ilə yola getmək çox çətindir. Sizə elə gəlir ki, sizi başa düşmürlər və qiymətləndirmirlər, nədəsə şübhələnirlər. Əslində isə bu belə deyil, sadəcə siz baş verənləri ürəyinə çox yaxın qəbul edirsiniz. Ulduzlar hər xırda anlaşılmazlıqlara diqqət yetirməməyi məsləhət görür.
ƏKİZLƏR
Işgüzar sferada danışıqlar aparmaq üçün əlverişli gündür. Sizin ətrafınızda atəşin üzərində partlayan şabalıda bənzər insanlar kifayət qədərdir. Buna görə yüz ölçüb bir biçin. Gün xarici tərəfdaşlarla peşəkar münasibətlərin başlanğıcı üçün əlverişlidir.
XƏRÇƏNG
Uğurlu gündür. Gün maliyyə baxımından çox əhəmiyyətli olacaq. Işgüzar sferada tərəfdaşlar arasında qeyri-sağlam rəqabət yaranacaq. Bəzi “Xərçəng”lər intriqaların qurbanı olacaq.
ŞİR
Bir sıra problemlərin həllində ciddi maneələrlə qarşılaşacaqsınız. Buna baxmayaraq nüfuzlu şəxslərin himayəsinə ehtiyac duymursunuz. Uzunmüddətli əməkdaşlıq ilə bağlı məsələləri müzakirə etmək, işgüzar danışıqlar aparmaq olar.
QIZ
Olduqca ziddiyyətli və çox yorucu gündür. Rahat istirahətə ehtiyacınız var. Ətrafdakılar isə sizin köməyinizə ehtiyac duyur və siz də müraciət edənlərə rədd cavabı verməyəcəksiniz. Bürcün bəzi nümayəndələri başqalarının işləri ilə o qədər çox məşğul olurlar ki, özlərini tamamilə unudurlar.
TƏRƏZİ
Günün emosional mənzərəsi əlverişli deyil. Fikir ayrılıqları ilə bağlı hansısa cüzi məsələ ciddi münaqişənin başlanğıcına gətirib çıxara bilər. Ətrafdakılar sizdən çeviklik göstərmənizi və tez razılaşmağınızı gözləyirlər. Siz isə inadkarlıq göstərirsiniz.
ƏQRƏB
Istənilən hadisədən ovqatınız korlana bilər. Əgər ciddi problemlər yaransa, siz uzun müddət ümidsizliyə qapılacaqsınız. Ətrafdakılar sizi güldürməyə çalışanda isə siz daha da qıcıqlanacaq və qəmgin olacaqsınız.
OXATAN
Hətta ən yaxın adamlarla dil tapmaq asan deyil. Fikir ayrılıqları tez-tez yaranır. Əgər siz güzəştə getməsəniz münaqişəli vəziyyətlərlə qarşılaşa bilərsiniz. Bürcün bir çox nümayəndələri böyük güzəştlərə getməlidir və buna dəyər.
OĞLAQ
Işgüzar münasibətin şəxsi maraqla kəsişdiyi gündür. Bu gün işdə məhəbbət macərası başlayacaq. Ulduzlar onun nəinki çoxlu müsbət emosiya gətirəcəyini, həm də peşəkarlıq baxımından faydalı olacağını bildirir.
DOLÇA
Həyatınızı daha da mürəkkəbləşdirməyin. Bürcün nümayəndələri ünsiyyətdə olarkən öz xarakterinin ən xoşagəlməz tərəflərini qəsdən nümayiş etdirir. Bu da mübahisəyə səbəb olacaq.
BALIQLAR
Bir yerdə qərar tuta bilmirsiniz. Yeni təəssüratlar, başgicəlləndirici macəra axtarışındasınız. Peşə və şəxsi həyatınızda gözlənilən dəyişikliklər xoş olmayacaq.