“Qalatasaray” Ronaldinyo-nu almaq istəyir

İstanbulun “Qalatasaray” klubu Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonu heyətinə qatmaq istəyir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, klub rəhbərliyi baş məşqçi Fatih Terimin “Ronaldinyo üçün 25 milyon avro xərcləməliyik. Bu bizə lazım deyil” deyərək istəmədiyi futbolçunu indi də icarəyə götürmək istəyir. Hazırda şərəfini qoruduğu “Flamenqo”da xoşbəxt olmadığını bildirən 31 yaşlı Roni də komandadan ayrılmaq istəyir. “Yekədiş”in daha çox Avropa futboluna meyl etdiyi bildirilir.