Tofiq Yaqublu “Azadlıq”da

YaqubluSonuncu əfv sərəncamı ilə həbsdən azad olunan keçmiş siyasi məhbus Tofiq Yaqublu  “Azadlıq” qəzetinin redaksiyasında olub. O, qəzetin həm özünə, həm də bütün siyasi məhbuslara dəstəyinə görə təşəkkürünü bildirib. Azadlıq qəzetinin həbsxana divarları arasında necə mühüm əhəmiyyətə sahib olmasından da danışıb.

Son günlər cəbhə bölgəsindəki əməliyyatlara da münasibət bildirərək, torpaqlarımızın azad olunmasının vacibliyini vurğulayıb. Keçmiş döyüşçü kimi hazırda azad olunduğu bildirilən Talış və Madagis yaşayış məntəqələri ətrafında döyüş xatirələrini də yad edib.