Putindən rəqibinə qarşı qara “piar” (VİDEO)

Rusiyanın partiya sədrinin Dubay sərgüzəştlərindən vieo-görüntülər

Rusiyada qarşıdan gələn prezident seçkilərində Vladimir Putinin “Birləşmiş Rusiya” Partiyasının Rusiya müxalifətinə qarşı eybəcər təzyiq kampaniyası hələ də davam etdirilir.

Rusiyanın “Life NEWS” adlı internet saytı, müxalifət liderlərindən Boris Nemtsovun Dubayda bir eskort modellə eşq macərası yaşadığı zaman çəkdiyi gizli görüntülərini yayımlayıb. Görüntüdə “Fahişə və səhranın qumları cinsi aktivliyini artırdı. Lakin siyasi aktivlikdən də vaz keçmədi” başlığından istifadə edilib.
PARNAS partiyasının lideri olan Boris Nemtsov öz saytına “Life NEWS” saytının Putinin dostu Yuri Kovalçuka aid olduğunu bildirib. O, yazıda həmin çəkilişin müəlliflərinə cavab da verərək, “Yetər artıq, o qadın mənim qız dostumdur” – deyib.
Sayt daha əvvəl də Nemtsovun digər müxalifətçi liderlərlə telefon danışıqlarını və Birləşmiş Ərəb Əmirliklərində etdiyi istirahətin detallarını nəşr etmişdi.