Polisləri aparan avtomobil qəzaya düşdü: 1 ölü, 2 yaralı

Yanvarın 26-da İsmayıllı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, polis çavuşu Tural Bədəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək, yoldan çıxıb və maneəyə çırpılıb. Nəticədə 1 polis çavuşu hadisə yerində dünyasını dəyişib.

Daha bir polis əməkdaşı və mülki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Hadisəyə yolun sürüşkən olmasının və sürücünün sürət həddini düzgün seçməməsinin səbəb olduğu bildirilir.