Erməni mərmisi İranda evi uçurdu

partlayis iranİranın Şərqi Azərbaycan əyalətində bazar ertəsi günü Ermənistan tərəfindən atılan minomyot mərmisi evi uçurub.

İSNA agentliyinin verdiyi məlumata əsasən, bunu əyalətin general-qubernatorunun müavini Səid Şəbistari Xiyabani deyib.

Onun sözlərinə görə, mərminin erməni tərəfinə aid olduğu İran ekspertlərinin araşdırmalardan sonra müəyyən edilib.

Qeyd olunur ki, İran XİN-i bu məsələni erməni tərəfi ilə müzakirə edəcək.