Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi

metro-adamlar-yeni“Bakı Metropoliteni”nin stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib. Sərnişinlər əvvəlki vaxtlardan fərqli olaraq metroya ciddi yoxlanılaraq buraxılır.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, təkcə stansiyalarda deyil, platforma və metroya aiddiyyatı olan bütün sahələrdə təhlükəsizlik gücləndirilib.

Təhlükəsizliyə təkcə polis əməkdaşları tərəfindən deyil, metropolitenin öz əməkdaşları tərəfindən də nəzarət olunur: “Sərnişinlərdən də diqqətli olmaları xahiş olunur. Ölkədə mövcud olan son durumu nəzərə alaraq hər bir vətəndaş diqqətli olmalıdır”.