MN: Azərbaycan Ordusu 16 şəhid verib

Sehid defnBütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verib,  səbr diləyib.

Hazırda cəbhədə əldə edilən əməliyyat üstünlüyünü saxlamaq məqsədilə Silahlı Qüvvələrimizin müvafiq tədbirlər həyata keçirdiyi bildirilir.

Qeyd edək ki, aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb.