Türkiyə ilə qardaşlıqdan danışan rektor-deputat hələ ki, səsini çıxarmır
Tanınmış kinodramaturq Rüstəm Ibrahimbəyovun Fransadan aldığı “Incəsənət” ordenindən imtina etməsi Azərbaycanda bu ölkənin ali mükafatları ilə təltif olunan digər şəxslərin də analoji addım atmasını gündəmə gətirib. Lakin hələ ki, Rüstəm Ibrahimbəyovdan başqa heç kim Fransaya bu sayaq etiraz etməyib.
Azərbaycanda Fransanın ali mükafatı ilə təltif olunan şəxslərdən xüsusilə iki nəfərin adını çəkmək olar. Onlardan biri Ilham Əliyevin xanımı Mehriban Əliyeva, digəri Dillər Universitetinin rektoru, deputat Səməd Seyidovdur. Onların hər ikisi Fransanın Fəxri Legion ordeni ilə təltif ediliblər. Mehriban Əliyevaya bu ordeni Fransanın prezidenti Nikolya Sarkozi ötən il oktyabrın 10-da təqdim edib. Bundan 17 gün sonra isə Fransanın ölkəmizdəki səfiri Qabriel Keller Fəxri Legion ordenini Səməd Seyidovun döşünə taxıb.
Mehriban Əliyeva ilə bağlı məsələ aydındır. Hakim ailənin Fransa hakimiyyəti ilə özəl əlaqələri var. Hətta bəzi məlumatlara görə, Əliyevlər hakimiyyətlərini qorumaq üçün Fransadan təminat almaq çabasındadır. Bu baxımdan Mehriban Əliyevanın sözügedən ordendən imtina edəcəyi inandırıcı görünmür.
Səməd Seyidova gəlincə, o həmişə Türkiyə Azərbaycan qardaşlığından danışıb. “Azərbaycanın qəlbində Türkiyəyə və türk xalqına sevgi var və eyni zamanda Türkiyədə qəlblərdə Azərbaycan və Dağlıq Qarabağ sevgisi var”. Bu sözlər məhz Səməd Seyidova məxsusdur. Görəsən, rektor-deputat Türkiyəyə münasibətdə səmimi olduğunu sübut edəcəkmi? Yoxsa o da Mehriban Əliyevanın tutduğu mövqeni sərgiləcəyək?
Azad


