Putin miqrantlara verilən cəzanı sərtləşdirir

Putin miqrasiya qanunu ilə tətbiq olunan cəzanı sərtləşdirməyi təklif edir. Rusiya miqrasiya qanunvericiliyni pozan və məhkəmə qərarı ilə qadağa qoyulmuş şəxsə ölkəyə giriş 5 il idisə, yeni təkliflə 10 il olacaq. Həmçinin qeyri-leqal miqrantlara yaşayış yeri verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi də müzakirə olunur. Bu günədək qanunu pozanlar kiçik cərimələr ödəyirdi.

Daha öncəki çıxışlarında Putin miqrasiya qanunu sərtləşdirəcəyini bildirmişdi. Prezident seçkisi Putinin belə çıxışlar etməsi seçici qazanmağa hesablanıb. Rusiyada millətçi kəsimin əsas rəğbəti müxalifətədir.