İgidlərimizi tanıyaq! Əli Kərimlidən şəhidlərimizlə bağlı önəmli çağırış FOTO

sehidler-2aprelAprelin 2-də erməni hərbi birləşmələrinin mövqelərimizə hücumunu dəf edərkən şəhid olan 12 hərbçimizdən əksəriyyətinin adı sosial şəbəkələrdə və saytlarda yayılıb. Yayılan məlumatlara əsasən azadliq.info bu siyahını tərtib edib.

1. Mayor Təbriz Mustafazadə
2. Mayor Urfan Vəlizadə
3. Baş leytenant Bəkir İsmayılov
4. Ruhin Qəhrəmanov
5. Niyaz Vəlicanlı
6. Orxan Əliyev
7. Sarvan Mehrəliyev
8. Samir Qaçayev
9. Rəvan Nurayev
10. Gizir Fariz Novruzov
11. Nicat İsgəndərov

Paylaşaq, xalqımız igidlərini tanısın

AXCP sədri Əli Kərimli də şəhidlərimizin yayılmış adları və fotolarını feysbuk səhifəsində tirajlayıb və onların dövlət törəni ilə, iqtidarlı-müxalifətli hamının iştirakıyla dəfn olunmasına çağırıb. AXCP sədri yazır.

“Şəhidlərimiz haqda bu saata qədər dəqiqləşdirə bildiyim məlumatları – fotoları adları ilə paylaşıram (məlumatlarda qeyri-dəqiqlik varsa, yazın düzəldək). Hamımız paylaşaq, xalqımız şəhid olmuş igidlərini tanısın.

Әlbəttə, torpaq uğrunda ölən varsa, vətəndir! Allah şəhidlrimizə rəhmət eləsin, ailələrinə səbr versin. Şəhidlərimizi özümüzə nə qədər doğma bilsək də, hazırda şəhid ailələrinin, o mərd oğulları böyütmüş ata və anaların nə çəkdiyini onlardan başqa kimsə təsəvvür edə bilməz. Bu dəhşətli acını yaşayan ailələrə millət olaraq sahib çıxmalıyıq. Şəhidlərimiz haqda təcili, ətraflı və rəsmi məlumat hazırlanıb, yayılmalıdır. Şəhidlərin dəfn olunacağı yer və vaxt haqda əvvəlcədən məlumat verilməli, şəhidlərimiz dövlət törənilə, iqtidarlı-müxalifətli hamının iştirakı ilə dəfn edilməlidir.

Şəhid ailələrinə diqqət yalnız ilk günlərlə məhdudlaşmamalı, onlar bütün ömrləri boyu dövlətin və millətin qayğısı ilə əhatə olunmalıdır”.