ulduz fali

Günün ulduz falı (26.01.12)

QOÇ

Maliyyə məsələlərinə diqqət yetirməlisiniz. Layihənin reallaşması üçün xərclədiyiniz məbləğ gündən-günə artır. Bu səbəbdən də yardıma ehtiyacınız olacaq. Işi tamamlamaq üçün yaxınlardan, dostlardan yardım istəyəcəksiniz, yaxud da kredit təşkilatlarından borc götürəcəksiniz.

BUĞA

Işgüzar gözləntilər özünü doğrultmayacaq. Sizə elə gəlir ki, uğur yaxınlıqdadır, amma yanılırsınız. Buna baxmayaraq, məğlub olmayacaqsınız. Bir xeyli nəticələr əldə etmək mümkündür. Günün ortaları xoş keçəcək. Alış-verişi isə axşama təyin edin.

ƏKIZLƏR

Sizin üçün yeni olan işdə uğur qazanacaqsınız. Uğurlarınız diqqət cəlb etdiyindən sizinlə əməkdaşlığa hazır olanların sayı da artacaq. Axşam saatları xoş sürprizlə yadda qalacaq. Köhnə macəranın yenidən yaşanacağı bildirilir.

XƏRÇƏNG

Işdə konfliktlər olacaq. Rəisə tabe olan işçilər çətinliklə dil tapacaqlar. Gərgin şərait sizin əməyinizi batırmayacaq. Gün sizin üçün kifayət qədər məhsuldar olacaq. Ehtimal ki, mübahisəli maliyyə məsələsini həll edəcəksiniz. Qaytarılmayacağını güman etdiyiniz borc pulunuz geri qayıdacaq.

ŞIR

Bu günə plan qurarkən yadda saxlayın ki, hökumət orqanlarıyla münasibət baxımından münasib gün deyil. Ehtimal ki, sənədlərin rəsmiləşdirilməsində çətinlik çəkəcəksiniz. Günün maliyyə mənzərəsi yaxşı olmayacaq deyə, qənaət etməyə çalışın.

QIZ

Bəxt üzünüzə güləcək. Iş, karyera ilə bağlı planların reallaşdırılması üçün məhsuldar gündür. Günorta gəliriniz ola bilər. Gəlirin yeni mənbədən daxil olacağı bildirilir. Amma nəzərə alın ki, gün yorucu olacaq, uşaqlıq və ya gənclik çağının psixoloji probleminin geri qayıtmaq ehtimalı var.

TƏRƏZI

Işgüzar əlaqələr baxımından münasib gün deyil. Həm həmkarlarınızla, həm də rəhbərliklə dil tapmaq çətin olacaq. Mötəbər şəxslə əlaqəsi olanların işi isə bir az da qəlizdir. Bu sferada situasiya xırda anlaşılmazlıqdan tutmuş, faciəvi münaqişələrə qədər inkişaf edə bilər.

ƏQRƏB

Gün həyəcan və narahatlıqla bağlı olacaq. Ulduzlar bildirir ki, hətta bütün günü bir iş görməsəniz belə, gücünüz tükənəcək. Günün ikinci yarısında əhval-ruhiyyəniz aşağı düşəcək. Yuxusuzluqdan əziyyət çəkəcəksiniz.

OXATAN

Ehtiyatlı olun. Bu gün zədələnmək ehtimalı böyükdür. Bu səbəbdən də iti uclu kəsici alətlərdən, çətin mexanizmi olan texniki vəsaitlərdən uzaq durun. Xüsusilə də sükan arxasında əyləşərək səfərə çıxan “Oxatan”lar ehtiyatlı olmalıdırlar.

DOLÇA

Siz pulunuzu sağa-sola xərcləyirsiniz. Bunun fəsadlarını düşünmədən hərəkət edirsiniz. Nəzərə alın ki, bu cür məsrəflə vacib alış-verişə pul qalmayacaq. Başqa istiqamətlərdə gün uğurlu hesab olunur. Subay “Dolça”lar bu gün özlərinə həyat yoldaşı seçə bilərlər.

BALIQLAR

Bu gün liderlik bacarığınızı nümayiş etdirəcəksiniz. Yeni dostlarınızın peyda olması sizi təəccübləndirəcək. Bürcün bir çox nümayəndələri bu gün güclü hiss yaşayacaqlar. Bu hissin yeni tanışlarınıza, yaxud da çoxdan və yaxşı tanıdığınız birisinə qarşı olacağı bildirilir.