Nəsimi rayon Məhkəməsi jurnalist Aynur İmranovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv edib. Bu haqda jurnalistin özü məlumat verib.
Aynur İmranovanın ölkədən çıxışına 2013-cü ilin aprelində QHT-lərə qarşı açılan cinayət işi çərçivəsində məhdudiyyət qoyulub. Jurnalist həmin cinayət işi üzrə şahid qismində dindirilmişdi.
Jurnalistin bildirdiyinə görə, Nəsimi rayon Məhkəməsinin hakimi Elman İsayev aprelin 1-də keçirilən prosesdə ölkədən çıxış qadağasının ləğv olunmasına qərar verib.
2013-cü ilin aprelində Baş prokurorluqda QHT-lərə qarşı açılan cinayət işi çərçivəsində onlarla hüquq müdafiəçisi, jurnalist və siyasi fəalın ölkədən çıxışına qadağa, bank hesablarına həbs qoyulub.
Martın 31 əfv komissiyasının üzvü Əliməmməd Nuriyev QHT-lərin işi ilə bağlı ölkədən çıxışa qadağaların, bank hesabları üzərində həbslərin aprelin 1-dən etibarən qaldırılacağını açıqlamışdı.