ABŞ səfiri Putinin ittihamına “boş söhbət” dedi

Amerikanın Rusiyadakı səfiri Maykl Makfol Putinin “Amerikanın inqilaba təhrik planı” ittihamlarını “boş söhbət” adlandırıb. Makfol “Kommersant” qəzetinə verdiyi müsahibədə deyib: “Prezident Barak Obama məni Rusiyaya ABŞvə Rusiya arasındakı “perezaqruzka” münasibətlərinin davam etdirilməsi üçün göndərib.”

Keçən həftə Rusiya dövlət televiziyasında Makfol əleyhinə kampaniya aprılmışdı. Makfolun müxalifət nümayəndələri ilə görüşü Rusiyanın daxili işlərinə qarışmaq cəhdi kimi göstərilmişdi.

Maykl Makfol “Vahid Rusiya” partiyasını deputatı İsayevin də ittihamına cavab verib: “Mən aliməm, politoloqam, sosioloqam, professional inqilabçı yox”

İnformasiya Şöbəsi