Azərbaycan dilində xəbərlərin buraxılışını dayandırır

InterxafRusiyanın “İnterfaks” agentliyinin Azərbaycan bölməsi olan “İnterfaks-Azərbaycan” informasiya agentliyi Azərbaycan dilində xəbərlərin buraxılışını dayandırır.

“Maliyyələşmənin olmaması səbəbindən 01 aprel 2016-cı il tarixindən qeyri-müəyyən müddətə Azərbaycan dilində xəbərlərin buraxılışını dayandırır”,- Agentliyin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, “İnterfaks-Azərbaycan” informasiya agentliyi SOCAR-ın himayəsində fəaliyyət göstərir.