Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsinə imkan verilməyəcək
Fransa senatında qəbul edilmiş qanun layihəsinə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiyaların keçirilməsinə imkan verilməyəcək.
Bia.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib.
Rəis müavini bildirib ki, artıq Azərbaycan hökuməti bu qanun layihəsinin qəbuluna öz etirazını bildirib: “Dövlətimizin buna etiraz etməsindən sonra hər hansı qeyri-hökumət təşkilatının və partiyaların Fransa səfirliyinin qarşısında toplaşaraq aksiya keçirməsinə heç bir lüzum yoxdur. Polisin vəzifəsi Bakıda ictimai qayda və təhlükəsizliyi təmin etməkdir. Kimlərsə ictimai qaydanı pozaraq etiraz aksiyası keçirməyə cəhd edərsə, qarşısı alınacaq, buna imkan verilməyəcək”.
Qeyd edək ki, İctimai Palata və bir sıra QHT-lər bu gün və sabah Bakıda Fransa səfirliyinin qarşısında aksiyalar keçirəcək


