“Azərbaycanda ABŞ əleyhinə təhlükə qalmaqdadır “

ABŞ səfirliyi vətəndaşlarını sayıq olmağa çağırdı

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Təhlükəsizlik Nazirliyinin Bakıda xarici vətəndaşlara qarşı terror aktının qarşısının alınması barədə məlumatından sonra öz vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıq ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilib.
Səfirlik ABŞ vətəndaşlarına xatırladır ki, ABŞ əleyhinə və ABŞ-ın Azərbaycandakı xarici siyasət maraqları əleyhinə təhlükə qalmaqdadır: “Azərbaycandakı ABŞ vətəndaşları xüsusilə Qərb və İsrail icmaları ilə əlaqəli olan ictimai yerlərdə sayıq olmalıdır”.
ABŞ səfirliyinin mətbuat katibi Kit Bin APA-nın “xəbərdarlıqla əlaqədar səfirlikdə təhlükəsizlik tədbirləri gücləndirilibmi” sualına cavab olaraq bildirib ki, bütün müvafiq təhlükəsizlik tədbirləri görülür.