Türkiyə Superliqasında XXII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Doğma azarkeşləri önündə “Antalyaspor”la qarşılaşan “Sivasspor” minimal hesablı qələbə qazanıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Sivasspor” xalını 37-yə yüksəldib.
Qonşu pillələrdə olan “Mersin İdmanyurdu” – “Kayserispor” matçı da böyük maraq doğururdu. Lakin görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İstanbulun “Beşiktaş” klubu da turu qələbə ilə başa vurub. Öz meydanında “Qaziantepspor”la qarşılaşan “qara qartal” rəqibini 90-cı dəqiqədə vurulan qolla məğlub edib – 3:2.
Qeyd edək ki, XXII tura bu axşam keçiriləcək 5 qarşılaşma ilə yekun vurulacaq.
24 yanvar
Türkiyə Superliqasında XXII turun oyunları
“Sivasspor” – “Antalyaspor” – 2:1
Qollar: Nas, 32 (1:0), Kılıç, 57 (2:0), Sidney, 63 (2:1)
“Manisaspor” – “Samsunspor” – 1:1
Qollar: Promis, 9 (1:0), Tokak, 83 (1:1)
“Mersin İdmanyurdu” – “Kayserispor” – 1:2
Qollar: Delev, 53 (1:0), Kuyoviç, 59 (1:1), 74 (1:2)
“Beşiktaş” – “Qaziantepspor” – 3:2
Qollar: Süme, 41 (0:1), Almeyda, 47 (1:1), 86 (2:2), Sosa, 67 (1:2), Egemen, 90 (3:2)
25 yanvar
“Gənclərbirliyi” – “Bursaspor”
“İstanbul BB” – “Fənərbaxça”
“Trabzonspor” – “Eskişehirspor”
“Orduspor” – “Karabükspor”
“Qalatasaray” – “Ankaragücü”