Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Moskvaya bir günlük səfər edəcək. Türkiyə mətbuatının xəbərinə görə, Davudoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşməklə yanaşı, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bir hissəsi olan Birləşmiş Planlaşdırma Strateji Qrupunun ikinci toplantısında da iştirak edəcək.
Ikitərəfli danışıqlarda bir sıra məsələlər müzakirə olunacaq. Həmçinin görüşdə Yaxın Şərq, Iranın nüvə proqramı, Suriyada baş verənlər, Balkanlar, Mərkəzi Asiya, Qafqaz, Dağlıq Qarabağ münaqişəsi, Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatı, energetika, terrorla mübarizə və digər məsələlər müzakirə ediləcək. Tərəflər bu problemlərin həlli üçün bütün səylərini artıracaqlarına dair yekun Bəyannamə imzalayacaq.
Əhməd Davudoğlu Rusiyaya gedir
•


