Onlar haqq səslərini dövlət başçısına çatdırmaq istəyirlər
«Azadlıq»a mürajiət edən bir qrup dəmiryolçu Dəmir Yolları QSJ-dən etdikləri şikayətlərin javabsız qaldığından şikayətçidirlər. Onların mürajiətində deyilir:
«Biz dəmiryolçular dəfələrlə Bakı Şəhər İjra Hakimiyyətinin rəhbəri Hajıbala Abutalıbova mürajiət etmişik. Biz haqq səsimizi dövlət başçısına çatdırmaq istəyirik. Piket keçirmək üçün münasib yer ayrılmasını ondan xahiş etdik. Abıtalıbov isə mürajiətimizi baş nazirin müavini Abid Şərifova göndərib. O isə mürajiətimizi Dəmiryolu İdarəsinə göndərib. İdarədən sərnişindaşıma istehsalat birliyinin rəisi Elyar Muradovdan aldığımız javabda bildirilir ki, biz heç kəsin haqqını yeməmişik. İllərdir haqqımızı Elyar Muradovdan və yol rəisinin birinji müavini Süleymanovdan tələb edirik. Mənimsənilmiş əməkhaqqımızı, çörəkpulumuzu, ezamiyyət pulumuzu tələb edirik. Şikayətimizi qəbul etməyən bu dövlət məmurlarının əməllərindən aprelin 7-də Prezident Administrasiyasının qarşısında oturaq aksiya keçirəjəyik. Prezident İlham Əliyev bizi qəbul etməsə, benzin töküb özümüzü yandırmaq məjburiyyətində qalajağıq. İllərlə dövlətin hüquq-mühafizə orqanlarına mürajiət edərək Dəmiryolunda korrupsiya, mənimsəmə faktlarını demişik. Dəmiryolçuların təhqir və təhdid olunması faktları var. Haqqımızı tələb etdikdə bizi təhqir edirlər. Biz də səsimizi ölkə başçısına çatdırmaq üçün oturaq aksiya keçirmək qərarına gəlmişik».
Sosial şöbə