Gəncədəki təcridxanada ölüm hadisəsi baş verib

tecridxanaGəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib.

Təcridxanada saxlanılan Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Niyaməddin Novruzov qəflətən dünyasını dəyişib. Meyit müayinə edilərkən üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb və məhbusun öz əcəli ilə öldüyü məlum olub.

 

(apa)